Təmiz ofis təkcə iş şəraitinin yaxşı olması ilə yanaşı həm də istənilən şirkətin vizit kartıdır. Düzdür hər bir ofis işçisi öz üzərinə düşən minimal təmizlik (iş masasının və kompüterin tozunun silinməsi) işini görməlidir. Ancaq bütün ofisin təmizlənməsi xüsusi təcrübə və peşəkarlıq tələb edən işdir.
Ofislərin təmizlənməsi özündə aşağıdakı işləri birləşdirir:
— Döşəmə örtüyünün nəmləndirmə üsulu ilə təmizlənməsi;
— Döşəmə və kavrolit örtüklərinin quru təmizlənməsi;
— Üstü açıq əşyaların tozunun silinməsi (şkaf, stol, tavan və s.);
— İstilik radiatorlarının, qapıların, güzgülərin və əlavə aksesuarların yuyulması;
— Müxtəlif materialdan olan ofis mebellərinin təmizlənməsi;
— Mətbəxin yığışdırılması;
— Sanitar qovşaqlarda (duş kabin, unitaz,santexnika, döşəmə və tavan kafelləri) yuyulması və dezinfeksiya edilməsi;
Əlavə xidmətlər siyahısına, yuxarıda qeyd olunanlardan başqa pəncərələrin yuyulması da daxildir.
İş yerində Təmizlik
Bizim şirkətimizlə əməkdaşlıq, Sizin şirkətinizə maliyyə baxımından sərfəli olacaq. Belə ki, şirkətimizin təmizlik üzrə mütəxəssiləri işin icrası üçün bütün lazım olan təmizlik avadanlıqlarını və ləvazimatlarını özləri ilə gətirəcəklər. Təmizlik müddəti barəsində heç düşünməyə də bilərsiniz, biz ən qısa zamanda Sizə keyfiyyətli təmizlik xidməti göstərəcəyik ki, nəticəsindən Sizin işçiləriniz belə razı qalacaqlar.
Əməkdaşlıq üçün Sərfəli şərtlər
Şirkətimizin bir qolu olan və uzun müddətdir təmizlik fəaliyyəti göstərən Təmizlik xidməti departamenti, müxtəlif şirkətlərə sərfəli qiymətlərlə əməkdaşlıq təklif edir. Departamentimizdə çalışan mütəxəssislər öz işlərini təkcə keyfiyyətli deyil, həm də qısa müddət ərzində görür. Təbii ki, hər kəsə məlumdur ki, hopmuş tozu nəm parça ilə də təmizləmək mümkündür. Ancaq unutmayın ki, belə vasitə ilə Siz sadəcə gözlə görünən ləkələri təmizləmiş olursunuz.