Xalçaların yerində yuyulması

Xalçaların yerində yuyulması

Xalçaların yerində yuyulma xidməti əsasən idarə və təşkilatlar, restoranlar üçün keçərlidir. Çünki belə yerlərdə xalça və ya kovralitlər başdan başa döşəməyə xüsusi yapışqan lentlərlə yapışdırılır və onların götürülərək yuyulması qeyri mümkün olur. Sırf bu səbəbdən də yerində yuma xidməti bu tip yerlər üçün böyük avantaj daşıyır. Aparatın əsas özəllik daşıyan başlığı xalçadakı tozu, çirki və yad cisimcikləri yüksək təzyiqlə sovurur. Və beləliklə xalça yumaya hazır vəziyyətə gətirilir. Yerində Yuma prosesi quru və nəm təmizlik deyildir. Xüsusi çirk və ləkə çıxarıcı maye qarışımından istifadə olunaraq tam dərinliyinə qədər yuyulmasıdır. Bir neçə istiqamətə işləyən fırçalar vasitəsi ilə xalça tamamən köpükləndirilir və fırçalanır. Ləkə varsa üzərində fərdi şəkildə işlənilir. Və ən sonda aparatın vakum başlığı ilə xalçadakı maye, su 80% qədər çəkilir. Qalan 20% faiz normal otaq tempraturunda 1sutka ərzində tam quru halını alır. Yerində Yuma prosesi təkcə xalçanıza deyil eyni zamanda ofisinizə də təmizlik və təravət bəxş edir.

0 Comments